Türkiyədə güclü zəlzələ oldu


  • 28 Sentyabr 15:07

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12:59-da qeydə alınan yeraltı təkanların ocağı 8,46 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İstanbul və İzmirdə hiss edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki açıqlamasında bildirib ki, ətraf vilayətlərdə də hiss edilən təkanlarla bağlı AFAD və əlaqədar qurumların bütün komandaları yoxlamalara başlayıblar.

Oxşar xəbərlər