Almaniyanın "Lufthansa" aviaşirkəti 2030-cu ilə qədər 4000 nəfəri işdən çıxaracaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət özü açıqlama yayıb.
Açıqlamada ixtisarlara səbəb kimi rəqəmsallaşma və süni intellektdən istifadənin artması göstərilib.
"İxtisarlar ilk növbədə inzibati vəzifədə çalışanlara aid ediləcək. Rəqəmsallaşma və süni intellektin artan istifadəsi bir çox sahədə və proseslərdə daha çox səmərəliliyə səbəb olacaq" – deyə açıqlamada qeyd olunub.
Uzun müddətdir xərclərlə mübarizə aparan şirkət hələ də koronavirus pandemiyasından əvvəl əldə etdiyi effektivlik səviyyəsinə çatmayıb.
Şirkətdə təqribən 103.000 işçini çalışır.
Humay Eminqızı
