İranda İsrail kəşfiyyatına (Mossad) casusluq etməkdə təqsirli bilinən Bəhmən Şubiəsl edam olunub.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, O, Ali Məhkəmə tərəfindən hökmü təsdiqləndikdən sonra bu gün səhər saatlarında edam edilib.
Ölkənin kritik məlumat bazalarına çıxışı olan bir mütəxəssis olması onu Mossadın hədəfinə çevirib.
Qeyd olunub ki, İsrailin onunla əməkdaşlığının əsas məqsədi İrandakı məlumat mərkəzlərinə sızmaq və dövlət qurumlarının informasiya infrastrukturuna çıxış əldə etməkdir.
MOSSAD zabitləri ona xüsusi texniki təlimlər, o cümlədən “Qırmızı Pəncərələr” sistemindən istifadə təlimatı və məlumatların təhlükəsiz ötürülməsi üsullarını öyrədiblər.
Humay Eminqızı
