Peskov Ukrayna ilə danışıqlarda yaranan fasilənin səbəbini açıqladı


  • 29 Sentyabr 13:48

"Ukrayna ilə danışıqlarda fasilə Kiyevin dialoqu davam etdirmək istəməməsi səbəbindən yaranıb".

E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Burada sənədlərlə mübadilə aparılmışdı. Sonuncu dəfə İstanbulda Ukrayna nümayəndə heyəti ilə görüş zamanı əsas istiqamətlər üzrə bütün detalları müzakirə etmək üçün işçi qrupların yaradılması ilə bağlı təkliflər irəli sürülmüşdü. Hazırda isə fasilə yaranıb", - deyə Kremlin nümayəndəsi xatırladıb.

“Fasilə Kiyev rejiminin bu dialoqu davam etdirmək istəməməsi səbəbindən yaranıb”, - Peskov əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər