İstanbulda vəkil silahlı hücuma məruz qalıb


  • 29 Sentyabr 14:01

Türkiyənin İstanbul şəhərində vəkilə silahlı hücum olub.

E-huquq.az “Hukukihaber.net”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Kağıthane adlı səmtində baş verib.

Belə ki, 34 yaşlı vəkil Murat Kısakol restoranda yemək yeyərkən motosiklet sürücüsü ona silahdan atəş açıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.

Sinəsindən və qolundan güllə yarası alan vəkil təcili yardımla xəstəxanaya aparılıb.

Hücumçu motosikleti ilə hadisə yerindən qaçıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Humay Eminqızı

Oxşar xəbərlər