- 17:09
Türkiyənin 20 vilayətində güclü fırtına ilə bağlı əhaliyə sarı xəbərdarlıq verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkənin şimal-qərb rayonlarında havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.
İzmir və Ankarada intensiv yağış yağacağı gözlənilir.
Afyonkarahisar, Amasya, Ankara, Aydın, Bolu, Çankırı, Çorum, Əskişəhər, İzmir, Kastamonu, Kütahya, Manisa, Samsun, Sinop, Uşak, Zonguldak, Kırıkkale, Bartın, Karabük və Düzce vilayətlərində fırtına ilə bağlı əhaliyə sarı xəbərdarlıq verilib.
Humay Eminqızı