- 17:09
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sərhədlərinin dəyişdirilməsi variantını istisna edir.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı Varşava Təhlükəsizlik Forumu zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Ukraynanın sərhədləri Konstitusiyada müəyyən olunub və bu sərhədlər hər kəsə məlumdur:
"Sərhədlərimiz bütün dünya ölkələri və beynəlxalq hüquq tərəfindən tanınıb".
Prezident bildirib ki, atəşkəs rejiminin tətbiqi yalnız liderlər səviyyəsində razılaşdırıla bilər.
Zelenski müharibənin dayandırılması ilə bağlı bir şərti xüsusi vurğulayıb.
"Rusiya Ukraynada yeni sərhədlər cızmayacaq", - deyə Zelenski əlavə edib.
Humay Eminqızı