- 17:09
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 50 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 184 nəfərin yaralandığı da bildirilib.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 66 min 55 nəfərə, yaralı sayı isə 168 min 346 nəfərə yüksəlib.
Humay Eminqızı