Türkiyədə istilik elektrik stansiyasında yanğın başlayıb


  • 29 Sentyabr 15:30

Türkiyənin Sivas şəhərində istilik elektrik stansiyasında yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhər mərkəzindən təqribən 25 kilometr aralıda yerləşən Hamal kəndindəki elektrik stansiyasının bacasında naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər, tibb işçiləri və jandarma qrupları göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər