- 17:09
Rusiyanın Yekaterinburq şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 avtobusun toqquşması nəticəsində 14 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.
Yol-nəqliyyat hadisəsinin məsafə qaydasına əməl edilmədiyinə görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Humay Eminqızı