Macarıstan Ukraynanın 12 xəbər portalını bloklayıb


  • 29 Sentyabr 16:29

Macarıstan Ukraynanın 12 xəbər portalını bloklayıb.

E-huquq.az xəbər verir, bu barədə Macarıstanlı siyasətçi Gergely Gulyas "Facebook" səhifəsində yazıb.

O bildirib ki, 29 sentyabr tarixindən etibarən Macarıstanda 12 ukrayna xəbər portalına, o cümlədən "Ukrainskaya pravda", “TSN”, “Oboz.ua” və digər saytlara giriş mümkün olmayacaq.

“Bu, Macarıstanın Ukrayna senzurasına cavabıdır”, - deyə siyasətçinin paylaşımında qeyd olunub.

Gulyas əlavə edib ki, Ukrayna xarici, o cümlədən macar portallarını ona görə bloklayıb ki, həmin media orqanları Rusiyaya qarşı sanksiyaları və Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyini tənqid edir, eləcə də Avropa İttifaqı və NATO-nun qeyri-effektivliyindən bəhs edirdilər.

Humay Eminqızı

Oxşar xəbərlər