- 17:09
Türkiyənin Manisa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Manisanın Salihli rayonunda qeydə alınıb.
Minik avtomobili ilə pikapın toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Bölgəyə çoxlu tibb, xilasetmə və polis qrupları cəlb edilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Humay Eminqızı