İndoneziyada məktəb binası uçub, ölən və yaralılar var


  • 10:54

İndoneziyanın Şərqi Cava əyalətində təmir işləri aparılan məktəb binası uçub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 102 nəfər yaralanıb.

Dağıntılar altında azı 65 şagirdin olduğu bildirilib.

Binanın yenidən çökmə riski axtarış-xilasetmə işlərini çətinləşdirir.

Dağıntılar altında qalan şagirdlər su və oksigenlə təmin edilib.

Təmir işlərinin qeyri-qanuni şəkildə həyata keçirildiyi məlum olub.

Faktla bağlı araşdırma başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər