- 17:09
Çinin Vençjou Xalq Aralıq İnstansiya Məhkəməsi Kokkanqdan (Myanma) olan nüfuzlu Min ailəsinin üç üzvünü eləcə də səkkiz nəfər ortaqlarını ölüm cəzasına məhkum edib.
E-huquq.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Onlar ailəvi cinayətkar sindikatda iştirakda ittiham olunurlar.
Həmin sindikat qeyri-qanuni qumar oyunlarının təşkili, 1,4 milyard dollardan çox məbləğdə dələduzluq əməliyyatları ilə məşğul olur, həmçinin itaətsiz işçiləri öldürürdü.
Məhkəmə həmçinin daha beş nəfərə iki il icra təxirəsalması ilə ölüm cəzası verib. Daha 12 nəfər isə 5 ildən 24 ilə qədər həbs cəzası alıb.
Qeyd edək ki, Çində iki il icrası təxirə salınan ölüm cəzaları tez-tez ömürlük həbslə əvəz olunur.
Humay Eminqızı