- 17:09
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Mordoviya Respublikasında dövlətə xəyanətdə şübhəli bilinən 18 yaşlı Rusiya vətəndaşını saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs “Telegram” vasitəsi ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə saxlayıb və pul mükafatı müqabilində Mordoviyada dəmiryol relslərinin yaxınlığında təxribat törətməyə razılıq verilib.
O bu qanunsuz fəaliyyəti həyata keçirmək üçün rayondan azyaşlıları işə cəlb edib.
Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) və 205-ci (terror aktı) maddələri üzrə cinayət işi açılıb.
Humay Eminqızı