Türkiyədə 35 FETÖ üzvü saxlanılıb


  • 11:59

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ-nün gizli hərbi strukturunda yer almaqda şübhəli bilinən 42 nəfərlə bağlı həbs qərarı çıxarıb.

16 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda 35 nəfər saxlanılıb.

Digər 7 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər