- 17:09
"Avropa ölkələri bir aydır ABŞ-dən Ukraynaya silah alınması üçün əlavə vəsait ayırmır".
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Bildirilib ki, Prioritized Ukraine Requirements List (PURL) proqramı çərçivəsində sərmayə qoyulan vəsaitlərin həcmi dəyişməyib, 2 milyard dollar səviyyəsində qalıb.
Xatırladaq ki, PURL proqramı iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb. Bu mexanizmə əsasən, NATO müttəfiqləri ABŞ-ın ehtiyatlarından Ukrayna üçün silah alırlar.
Humay Eminqızı