Abunəçilərin şəxsi məlumatlarını Ukraynaya ötürən Rusiya vətəndaşı saxlanılıb


  • 10:22

Rusiyanın Leninqrad vilayətində Ukraynaya məlumat ötürən 21 yaşlı qadın saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mobil rabitə sahəsində işləyən təqsirləndirilən şəxs pul mükafatı qarşılığında vətəndaşların şəxsi məlumatlarını kuratorlara ötürüb.

Qadın məlumat bazasına giriş üçün ofis rəhbərinin hesabından istifadə edib.

O, ümumilikdə 11 abonentə aid məlumatları qarşı tərəfə ötürüb və hər biri üçün kuratorlardan 3 min rubl pul alıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər