İzmir sahillərində 104 qanunsuz miqrant saxlanılıb


  • 10:39

Türkiyənin İzmir şəhərində 104 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Dikili sahillərində mühərrikində nasazlıq yaranan qayığın sürükləndiyi əraziyə Sahil Təhlükəsizlik gəmisi göndərilib.

Komandalar 14-ü uşaq olmaqla 32 qeyri-qanuni miqrantı xilas edib.

Çeşmə sahillərində isə 34 qeyri-qanuni miqrant saxlanılıb.

Menderes sahilləri yaxınlığındakı əraziyə göndərilən Sahil Mühafizəsinin əməkdaşları 38 qeyri-qanuni miqrantı yaxalayıb.

Miqrant qaçaqmalçılığında şübhəli bilinən bir nəfər saxlanılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Humay Eminqızı

Oxşar xəbərlər