- 16:00
Rusiya prezidenti Vladimir Putin Venesuela ilə strateji tərəfdaşlıq və əməkdaşlıq sazişini ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, 2025-ci il mayın 7-də Moskvada imzalanmış sənəddə qeyd edilib ki, Rusiya ilə Venesuela arasında münasibətlər qarşılıqlı hörmət və tarixi dostluq bağlarına əsaslanır.
Yeni saziş ölkələr arasında siyasi və iqtisadi sahələrdə, o cümlədən enerji, nəqliyyat, mədənçıxarma, eləcə də təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə sahələrində əməkdaşlığı genişləndirir.
Sənədə əsasən, Rusiya və Venesuela sıx dialoqu davam etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni mexanizmlər üzərində işləyəcək.
Humay Eminqızı