- 16:00
Türkiyənin İstanbul şəhərində kafedə yanğın olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sultanqazi rayonunda yerləşən kafenin damında naməlum səbəbdən yanğın baş verib.
Güclü külək nəticəsində alov sürətlə yayılaraq bütün çardağı bürüyüb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Yanğın təxminən 1 saat ərzində söndürülüb.
Hadisə nəticəsində kafeyə külli miqdarda ziyan dəyib.
Humay Eminqızı