- 16:00
Türkiyənin Kütahya şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eskişehirə ekskursiyaya gedən şagirdlərin səfərdən sonra halı pisləşib.
Halı pisləşən 17 şagird Kütahya Şəhər Xəstəxanasına müraciət edib.
Şagirdlərin eksursiya zamanı yedikləri qidadan zəhərləndiyi məlum olub.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı