ABŞ-də qətlə yetirilən qadının 40 il sonra əsl qatili tapılıb


  • 14:04

ABŞ-ın Nyu-York ştatında 1984-cü ildə zorlanaraq qətlə yetirilən 16 yaşlı Tereza Fuskonun əsl qatili 40 il sonra tapılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nassau dairəsinin prokuroru Enn Donnelli bu nəticənin məhkəmə ekspertizasındakı texnoloji irəliləyişlər sayəsində əldə olunduğunu bildirib.

2003-cü ildə Fuskonun cəsədindən götürülmüş DNT nümunəsi ilə aparılan təhlil nəticəsində, hadisə ilə bağlı 1986-cı ildə təqsirli bilinən üç nəfərin günahsız olduğu sübuta yetirilib və onların məhkumluğu ləğv olunub.

Son DNT analizləri hadisə yerindən toplanan nümunələrin əsl şübhəli - Bilodao adlı şəxsin genetik profili ilə tam uyğun gəldiyini ortaya çıxarıb.

O, ötən il Suffolk qraflığında bir kafedə içki içərkən istifadə etdiyi stəkan və plastik pipeti zibilə atıb. Məhz həmin tullantılardan götürülən DNT nümunəsi, 1984-cü ildə Fuskonun cəsədindən götürülən DNT ilə üst-üstə düşüb.

Beləliklə, əsl cinayətkar 40 ildən sonra müəyyən edilib.

Qeyd edək ki, Tereza Fusko 1984-cü ilin 10 noyabrında işdən çıxdıqdan sonra itkin düşüb. Təxminən bir ay sonra meşəlik ərazidə onun meyiti tapılıb. Araşdırmalar gənc qızın zorlandığını və boğularaq öldürüldüyünü ortaya çıxarıb.

Humay Eminqızı

Oxşar xəbərlər