Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketi ilə bağlı razılığa gələ bilməyib


  • 14:40

Avropa İttifaqının (Aİ) səfirləri 15 oktyabr tarixində Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, Aİ səfirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini oktyabrın 17-də yenidən müzakirə edəcəklər.

Xatırladaq ki, 19-cu sanksiyalar paketi bank sektoruna qarşı məhdudiyyətlər və həmçinin idxal-ixrac sahəsində müxtəlif qadağaları əhatə edir.

Humay Eminqızı

Oxşar xəbərlər