Yaponiyada sərxoş vəziyyətdə velosiped sürən müəllim işdən çıxarılıb


  • 15:15

Yaponiyanın Funabaşi şəhərində sərxoş vəziyyətdə velosiped sürən müəllim işdən çıxarılıb.

E-huquq.az Yomiuri Shimbun qəzetinə istinadən xəbər verir ki, restoranda spirtli içki qəbul etdikdən sonra velosipedlə evinə gedən 36 yaşlı müəllim yol polisi tərəfindən saxlanılıb.

Alkotesterin nəticəsinə əsasən müəllimin qanuni həddən artıq miqdarda spirt qəbul etdiyi məlum olub.

Daha sonra polis hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verib.

Təhsil şurası müəllimə qarşı intizam işi başladıb və onu işdən azad edib.

Qeyd edək ki, 2024-cü ilin noyabrında qüvvəyə minən yeni qanuna əsasən, Yaponiyada sərxoş vəziyyətdə velosiped sürmək cinayət əməli hesab olunur.

Humay Eminqızı

Oxşar xəbərlər