- 15:15
Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından imtinası Avropada sənaye istehsalının tənəzzülünə səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
"Bir çox Avropa ölkəsi siyasi təzyiq altında Rusiya enerji daşıyıcılarını almaqdan imtina edib. Belə bir imtina Qərb ölkələrinin özləri və onların iqtisadi istehsal potensialı üçün nə ilə nəticələnəcəyini əvvəllər də qeyd etmişdim. Bu addımların nəticələrini biz elə Avropa İttifaqının özündə də müşahidə edirik" - deyə Rusiya lideri əlavə edib.
Putin vurğulayıb ki, Rusiya enerji daşıyıcılarından imtina sənaye istehsalının azalmasına, qiymət artımlarına, Avropa məhsullarının rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarıb.
Putin xatırladıb ki, cari ilin iyul ayında Avrozonada sənaye istehsalının həcmi 2021-ci ilin göstəricilərindən 1,2% aşağı olub.
Humay Eminqızı