- 13:12
Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə həmsərhəd olan Taçira, Apure və Amazonas ştatlarında təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdırmağı əmr edib.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuelanın Dövlət televiziyası VTV məlumat yayıb.
Maduro hərbi komandirlərlə görüşdə "Müstəqillik 200" əməliyyatı çərçivəsində Kolumbiya ilə həmsərhəd olan üç ştatda təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırılmasını tələb edib.
Maduro, ölkənin hərbi, mülki və polis qüvvələrinin tam səfərbər edilməli olduğunu bildirib.
"Venesuela Venesuelalılara məxsusdur. Biz sülh qazanmağa, tam suverenliyimizi həyata keçirməyə və xalqımızın yaşamaq, xoşbəxtlik və mümkün olan ən böyük rifah hüququnu müdafiə etməyə davam edəcəyik" – deyə prezident əlavə edib.
Venesuela Daxili İşlər, Ədliyyə və Sülh Naziri Diosdado Kabello artıq 11 ştatda təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qaldırıldığını qeyd edərək, paytaxt Karakas və Miranda əyalətlərinin də bu siyahıya əlavə ediləcəyini açıqlayıb.
Qeyd edək ki,ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) “narkotiklərlə mübarizə” səbəbi ilə Venesuela ərazisində əməliyyatlar keçirmək səlahiyyəti verdiyini təsdiqləyib.
Humay Eminqızı