- 13:12
ABŞ-nin Kaliforniya ştatında 32 yaşlı kişi 7 aylıq oğluna qarşı zorakılıq edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Riverside Prokurorluğundan verilən açıqlamaya görə, 32 yaşlı Ceyk Haro avqust ayında oğlu Emmanuel Haronun qaçırıldığını söyləyib.
Körpənin anası Rebekka Haro avqustun 14-də Los-Anceles yaxınlığındakı Yucaipa şəhərindəki ticarət mərkəzinin dayanacağında körpəsinin bezini dəyişdirərkən hücuma məruz qaldığını və oğurlandığını iddia edib.
Ceyk Haro həmin vaxt televiziyaya verdiyi müsahibədə oğlunun qaytarılmasını xahiş edib.
Lakin araşdırma nəticəsində cütlüyün yalan danışdığı məlum olub.
Ceyk Haro uşağına qarşı "qəsdən zorakılıq" etməkdə günahını etiraf edib.
Sözügedən uşaq qabırğa və ayağından xəsarət alıb, hazırda yataq xəstəsidir.
Humay Eminqızı