- 10:58
Pakistan Əfqanıstanın Qəndəhar əyalətinin Spin Boldak bölgəsinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı rəsmilərə istinadən məlumat yayıb.
Hava zərbələri nəticəsində 40 nəfər ölüb, 170 nəfər yaralanıb.
Pakistanın artilleriya zərbələri nəticəsində Nokli, Vardak, Kuçian, Şorabək və Şəhid rayonlarında bəzi mülki evlərə ziyan dəyib.
Qeyd edək ki, Spin Boldak Əfqanıstan-Pakistan sərhəddində yerləşir.
Humay Eminqızı