- 13:12
Ukrayna prezidenti Volodimer Zelenski beynəlxalq enerji şirkətlərini Ukraynadakı neft, qaz və nüvə enerjisi layihələrinə cəlb etmək istəyir.
E-huquq.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Biz neft, qaz və nüvə enerjisi ilə bağlı təşəbbüsləri müzakirə etdik. Müzakirə təkcə həyata keçirilənlərə deyil, həm də planlaşdırılan layihələrə yönəldi", - deyə Zelenski bildirib.
Xatırladaq ki, Zelenski oktyabrın 16-da ABŞ-yə gəlib. Onun oktyabrın 17-də ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul ediləcəyi gözlənilir.
Humay Eminqızı