BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı sanksiyaların müddətini uzatdı


  • 09:00

BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı tətbiq edilən sanksiya rejimini daha bir il müddətinə uzadıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, Şuranın 15 üzvü tərəfindən yekdilliklə qəbul edilən 2794 saylı qətnamə silah embarqosunun, səyahət qadağasının və aktivlərin dondurulmasının müddətini uzadır.

Qətnaməyə əsasən, Sanksiyalar Komitəsinin fəaliyyətinə dəstək verən Ekspertlər Qrupunun mandatı sənədin qəbul edildiyi tarixdən etibarən 13 ay müddətinə uzadılıb.

Bundan əlavə, sanksiya siyahısına daha iki şəxs daxil edilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı ilk sanksiyaları 2022-ci ilin oktyabrında tətbiq etmişdi.

Oxşar xəbərlər