Sarkozi cəzasını təknəfərlik kamerada çəkəcək


  • 09:06

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

E-huquq.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Mənbə: APA

Oxşar xəbərlər