Türkiyə Əfqanıstan və Pakistan arasında sülh səylərini dəstəkləməyə davam edəcək


  • 13:43

Türkiyə Əfqanıstan və Pakistan arasında əldə edilmiş atəşkəsi məmnunluqla qarşılayır.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlarda Əfqanıstan və Pakistan arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə atəşkəsin təmin olunması və bununla bağlı mexanizmlərin yaradılması qərarını alqışlayırıq. Bu danışıqlara ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndiririk. Türkiyə iki qardaş ölkə və region üçün davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, – deyə bəyanatda vurğulanır.

Oxşar xəbərlər