- 10:48
Çin yanvar-sentyabr aylarında Rusiyadan neft idxalını 8,1 faiz azaldaraq 74,04 milyon tona endirib.
E-huquq.az xəbər verir ki, bu barədə TASS Çin Xalq Respublikasının gömrük orqanlarına istinadən xəbər verir.
Qeyd edək ki, Rusiya hələ də Çinə əsas karbohidrogen tədarükçüsü olaraq qalır və bu göstəricidə Səudiyyə Ərəbistanını (59,52 milyon ton), Malayziyanı (51,23 milyon ton), İraqı (49,28 milyon ton) və digər təchizatçıları geridə qoyur. 2024-cü ildə Çin Rusiyadan neft idxalını 1,3 faiz azaldaraq 108,47 milyon ton səviyyəsinə çatdırıb. 2025-ci ilin ilk beş ayının nəticələrinə görə, idxalın azalma tempi 12,7 faiz təşkil edib.
Ümumilikdə, cari ilin doqquz ayı ərzində Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsi 9,4 faiz azalıb.
Humay Eminqızı