- 10:48
Avropa Komissiyası (AK) 19-cu anti-Rusiya sanksiyalar paketini oktyabrın 23-24-də keçiriləcək Aİ sammitində qəbul etməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə bildirib.
Məlumata görə, ölkələr arasında fikir ayrılıqları səbəbindən sammitədək sanksiyaların təsdiqlənməsi ehtimalı azdır.
O əlavə edib ki, nazirlər ayrıca olaraq Rusiya nefti daşıyan tankerələrlə mübarizə planlarını da müzakirə edəcəklər.
Humay Eminqızı