- 10:48
Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsində Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerli vaxtla 03:53-də meydana gəlib.
ACT Hava Yollarına məxsus təyyarə eniş edərkən uçuş-enmə zolağında idarəetmədən çıxaraq yaxınlıqdakı maşına çırpılıb və dənizə düşüb.
Qəza nəticəsində maşında olan 2 nəfər həyatını itirib. Təyyarənin göyərtəsindəki dörd ekipaj üzvü isə xilas edilərək xəstəxanaya çatdırılıb.
Honq-Konq Beynəlxalq Hava Limanının şimal uçuş-enmə zolağı qəzaya görə müvəqqəti olaraq bağlanıb.
Humay Eminqızı