- 16:27
Rusiyanın Stavropol əyalətində terror aktı hazırlamaqda təqsirləndirilən 25 yaşlı şəxs saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
O, "Telegram" vasitəsilə əlaqə quraraq könüllü şəkildə terror təşkilatının üzv olub.
Təqsirləndirilən şəxs dindirilmə zamanı əməlini etiraf edib.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (terror aktına hazırlıq) üzrə cinayət işi başlanıb.
Humay Eminqızı