Məzmuna keç

Qanada futbolçunun cəsədi tapılıb

18 yaşlı seneqallı futbolçu Şeyk Turenin Qanada cəsədi tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Futbolçunun dələduzluq və pul tələbinin qurbanı olduğu və cinayətkar qrup tərəfindən qaçırıldığı bildirilir.

Mənbənin məlumatına görə, cinayəti törədənlər futbolçuya peşəkar klubda sınaq keçirəcəyinə vəd veriblər. Onun azadlığa buraxılması üçün ailəsindən külli miqdarda pul tələb edildiyi iddia edilir.

Faktla bağlı araşdırma başladılıb.

Humay Eminqızı