- 16:27
Banqladeşin paytaxtı Dəkkədə Həzrət Şahcəlal Beynəlxalq Hava Limanında baş verən yanğın 26 saatlıq işdən sonra tamamilə söndürülüb.
E-huquq.az xarici mətbuata istinadöən xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
Rəsmilər yanğının tamamilə söndürüldüyünü, 23 bölmənin yenidən işə başladığını və hava limanının uçuşlara açıldığını bildirib.
Hadisə nəticəsində ümumilikdə 35 nəfərin xəsarət aldığını bildirilib.
Yanğın nəticəsində dəyən ziyan 1 milyard dolları ötüb.
Qeyd edək ki, şənbə günü Dəkkədə Həzrət Şahcəlal Beynəlxalq Hava Limanının yük anbarında yanğın baş verib. Yanğın hava limanında bütün uçuşların dayandırılmasına və bir çox reyslərin istiqamətinin dəyişdirilməsinə səbəb olub.
Humay Eminqızı