- 11:59
Son 1 ay ərzində Türkiyənin 50 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir bildirib ki, keçirilən əməliyyatlar zamanı 286 nəfər saxlanılıb.
Şübhəlilərdən 154-ü həbs olunub, 79-u haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.
Yerlikaya digər şübhəlilər haqqında əməliyyatların davam etdiyini bildirib.
Humay Eminqızı