Lissabonda 16 nəfərin ölümünə səbəb olan dəhşətli qəza ilə bağlı ilkin hesabat açıqlanıb


  • 09:45

Ötən ay Portuqaliyanın paytaxtı Lissabonda baş vermiş və 16 nəfərin ölümünə səbəb olan funikulyor qəzası ilə bağlı ilkin hesabat açıqlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin hazırladığı hesabata görə, polad dartma kabelinin qırılması və texniki xidmət xətaları hadisədə həlledici rol oynayıb.

Qəzada dik yamacda iki avtomobilin yan-yana hərəkət etdiyi tarixi funikulyor relsdən çıxaraq binaya çırpılıb. Taxta kabin tamamilə dağılıb, nəticədə 16 nəfər ölüb, 21 nəfər yaralanıb.
İlkin hesabataa görə, vaqonları birləşdirən və onların çəkisini balanslaşdıran yeraltı polad kabel ictimai nəqliyyata icazə verilməyib və istehsalçının göstərişinə uyğun olaraq quraşdırılmayıb.

Rəsmilər bildirib ki, bu hesabat yalnız ilkin nəticələri əks etdirir və məsuliyyəti müəyyən etmək üçün nəzərdə tutulmur. Qəzanın texniki səbəbləri və mümkün ehtiyatsızlıq zənciri ilə bağlı hərtərəfli yekun hesabatın gələn il açıqlanması gözlənilir.

Qeyd edək ki, bu qəza son illərdə Lissabonda ən ölümcül ictimai nəqliyyat fəlakətlərindən biri hesab olunur.

Humay Eminqızı

Oxşar xəbərlər