"Roblox" məhkəməyə verildi


  • 09:52

ABŞ-də "Roblox" oyun platforması məhkəməyə verilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Baş Prokuroru James Uthmeier onlayn oyun platformasını uşaqların təhlükəsizliyini təmin etmədiyini və istismar hallarına yol verildiyini iddia edərək şirkətə qarşpı cinayət işi açıb.

Baş prokuror şirkəti sui-istifadə hallarının qarşısını almamaqda təqsirli bilib.

Şirkət rəsmiləri bildiriblər ki, platforma mesajlaşma tətbiqində şəkil və videoların paylaşılmasına icazə vermir, şəxsi məlumatların paylaşılmasının qarşısını almaq üçün filtrlərdən istifadə edir və bütün istifadəçilər üçün yaş yoxlama sistemi tətbiq ediləcək.

"Heç bir sistem mükəmməl deyil, lakin təlim keçmiş komandalarımız və avtomatlaşdırılmış alətlərimiz zərərli məzmunu müəyyən etmək və aradan qaldırmaq üçün daim çalışırlar" – şirkətin bəyanatında qeyd edilir.

Qeyd edək ki, sözügedən oyun platforması daha əvvəl Luiziana Baş Prokurorluğu tərəfindən məhkəməyə verilib. San-Fransiskoda açılan məhkəmə iddiasında adekvat təhlükəsizlik tədbirlərinin həyata keçirilmədiyi iddia edilir.

Humay Eminqızı

Oxşar xəbərlər