- 11:59
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun telefon danışığından sonra XİN başçılarının nəzərdə tutulan görüşü təxirə salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Belə ki, Ağ Ev Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək istəmədiyi üçün görüşü təxirə salıb.
Rubio və Lavrovun yaxın günlərdə daha bir telefon danışığı olacağı da istisna edilmir.
Humay Eminqızı