- 13:17
Çində Ayın qaranlıq səthindən gətirilən toz nümunələri mikroskopik bir xəzinəni ortaya çıxarıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan tədiqaqatlar nəticəsində gətirilən qalıqlarda Yerdə nadir rast gəlinən və tərkibində su olan meteorit növünə aid hissəciklər aşkar edilib.
Çin Elmlər Akademiyasının geokimyaçıları Jintuan Wang və Zhiming Chenin rəhbərlik etdiyi tədqiqat qrupu buna 5000-dən çox toz hissəciklərini skan edərək nail olub.
Təhlillər zamanı su ilə zəngin meteoritlərin mikroskopik qalıqları aşkar edilib. Bu, Ayda bu tip materialın ilk təsdiqidir.
Ayda atmosferin olmamasına baxmayaraq, belə meteoritlərin buxarlanaraq yox olacağı gözlənilirdi. Lakin nümunələr belə fraqmentlərin mikroskopik səviyyədə qorunduğunu göstərir.
Alimlər belə qənaətə gəliblər ki, bu fraqmentlər Aya təsir edən və milyardlarla il ərzində toxunulmaz qalmış su ilə zəngin asteroidlərin qalıqlarıdır.
Bu tapıntı suyun və uçucu maddələrin Yerə və Aya necə çatdığına da aydınlıq gətirə bilər.
Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Humay Eminqızı