- 13:17
Rusiyada Tatarıstan sakini xarici kəşfiyyat orqanlarının sifarişi ilə terror aktı törətməkdə təqsirli bilinən 3 azyaşlı həbs edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2025-ci ilin avqust ayında xarici kəşfiyyat orqanlarının sifarişi ilə nağd pul qarşılığında tez alışan materiallardan istifadə etməklə dəmir yolu avadanlıqlarını yandırıblar.
Onlara vəd edilən 24 min rubl isə azyaşlılara verilməyib.
Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən terror aktı törətmək) üzrə ittiham irəli sürülüb.
Humay Eminqızı