Bu gecə səmada meteor yağışı müşahidə ediləcək


  • 11:04

Bu gecə səmada Orionid meteor yağışları müşahidə ediləcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Orionidlər sürəti ilə digər meteor yağışlarından fərqlənirlər. Atmosferə dəqiqədə 66 kilometr (saniyədə 44 mil) sürətlə daxil olan bu hissəciklər yüksək temperaturda parlayaraq uzunmüddətli işıq zolaqları yaradır.

Meteor yağışını izləmək üçün ən yaxşı vaxt 21 oktyabr Çərşənbə axşamı gecə yarısından sonra, Orion bürcünün səmada ən yüksək olduğu vaxtdır. Bunun üçün teleskop və ya xüsusi avadanlıq tələb olunmur.

Orionid yağışı noyabrın ortalarına qədər zəifləməyə davam edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər