- 14:58
Yanvar ayından bəri ABŞ-də 480 mindən çox qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadə xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem prezident məlumat verib.
Mətbuat konfransında Noem Tramp administrasiyasının miqrasiya siyasəti çərçivəsində həyata keçirilən əməliyyatlarla bağlı məlumatları diqqətə çatdırıb.
"Yanvar ayından bəri Daxili Təhlükəsizlik Departamenti cinayət keçmişi olan 480.000-dən çox qeyri-qanuni miqrantı saxlayıb. Bu şəxslərin 70%-i cinayət məsuliyyətinə cəlb olunub" - deyə nazir əlavə edib.
Noem təhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini qeyd edib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti sentyabrın 23-də yaydığı məlumata görə, 2 milyon qeyri-qanuni miqrant Birləşmiş Ştatları tərk edib, onlardan təxminən 1,6 milyonu ölkəni könüllü tərk edib, 400 mindən çoxu isə deportasiya edilib.
Humay Eminqızı