Rusiyada 121 nəfər qidadan zəhərlənib


  • 11:17

Rusiyanın Ulan-Ude şəhərində yerləşən "Nikolaevski" mağazalarında satılan qida məhsulları kütləvi zəhərlənməyə səbəb olub.

E-huquq.az xəbər verir ki, mağazadan aldığı qidadan zəhərlənənlərin sayı 121 nəfərə çatıb, onlardan 66 nəfəri azyaşlıdır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi (istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi üçün tələblərə cavab verməyən malların və məhsulların satışı və satışı məqsədi ilə istehsal) ilə cinayət işi açılıb.

Hazır qida məhsulları istehsal edən sexin istehsalata cavabdeh müdiri saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər