- 14:58
Türkiyənin 9 vilayəti üçün yağışlı havalarla bağlı sarı xəbərdarlıq verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Dövlət Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Adana, Aydın, Hatay, İzmir, Manisa, Kahramanmaraş, Siirt, Şırnak və Osmaniye şəhərlərində əhaliyə güclü yağışla bağlı xəbərdarlıq edilib.
Lakin havanın temperaturu mövsümi normada olacaq.
Havanın temperaturu gündüz 18-28, gecə 10-18 dərəcə olacaq.
Humay Eminqızı