Tramp növbəti dəfə Çinə sərt xəbərdarlıq edib


  • 11:59

ABŞ prezidenti Donald Tramp Çinə qarşı ticarət təhdidlərini davam etdirir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp növbəti dəfə Çinə qarşı rüsumlar məsələsini gündəmə gətirib.

Ağ ev lideri Çinlə davam edən ticarət müharibəsi ilə bağlı təəccüblü açıqlamalar verib.

"Əgər Çin bizi nadir torpaq elementləri ilə hədələsə, 150% rüsum ödəməli olacaqlar. Əgər bizimlə razılaşmasalar, Çin ağır bədəl ödəyəcək" - deyə Tramp növbəti dəfə xəbərdarlıq edib.

ABŞ prezidenti Çinin ticarətdə qeyri-adi aqressiv mövqe tutduğunu da əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər